Navalnının keçmiş komanda üzvü Ukrayna şəhərlərini “Rusiya torpaqları” adlandırdı

Hazırda oxunan: Navalnının keçmiş komanda üzvü Ukrayna şəhərlərini “Rusiya torpaqları” adlandırdı

645354

Aleksey Navalnının komandasında 10 il fəaliyyət göstərmiş və “RosPil” layihəsinin yaradıcılarından biri olan proqramçı Pavel Senko mövqeyini kəskin dəyişib. O, hazırda Odessa, Poltava, Xarkov və Kiyevi “əsl rus torpaqları” adlandırır.

Bizim.Media xəbər verir ki, bu barədə “V Fokusе Mail” nəşri məlumat yayıb.

1973-cü ildə Leninqrad vilayətində anadan olan Senko Sankt-Peterburq Politexnik Universitetini bitirdikdən sonra ABŞ-a köçüb və “Silicon Valley”də, “Cisco Systems” şirkətində proqramçı kimi çalışıb.
 

O, əvvəllər Navalnının layihələrini maliyyələşdirib və 2023-cü ilin mayında Ukraynanın müstəqillik uğrunda mübarizəsini dəstəklədiyini, ölkənin işğalçılardan azad edilməsini arzuladığını yazıb.


Lakin 2026-cı ilin oktyabrında sosial şəbəkələrdə Ukraynanın bir sıra şəhərlərini “tarixi rus torpaqları” adlandıran paylaşımlar edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin