Ukrayna Müdafiə Qüvvələri son üç gün ərzində Rusiyanın neft emalı gücünün təxminən 10 faizini sıradan çıxarıb.
Bizim.Media xəbər verir ki, bu barədə OSINT kanalı (Dnipro Osint - Qarbuz) məlumat yayıb.
Məlumata görə, hücuma məruz qalan Kstovo, Novokuybışevsk və “Başneft-Novoil” neft emalı zavodlarının illik ümumi istehsal gücü təxminən 33 milyon ton neft təşkil edir. Bu isə Rusiyanın bütün neft emalı gücünün 10 faizinə bərabərdir.
Analitiklər bildirirlər ki, hücumlar genişmiqyaslı olub və hər zərbə nəticəsində neftin ilkin və ikinci emalı üzrə bir neçə texnoloji qurğu sıradan çıxıb.
Məlumatda qeyd olunur ki, Ukrayna ABŞ prezidentinin administrasiyasının xahişi ilə iki həftə ərzində Rusiyanın neft emalı zavodlarına zərbələri dayandırsa da, Rusiya Ukrayna ərazisinə hücumlarını davam etdirib.
Bizim.Media































































































