Tayvan sahillərində 5,6 maqnitudalı zəlzələ oldu

Hazırda oxunan: Tayvan sahillərində 5,6 maqnitudalı zəlzələ oldu

645426

Tayvanın şimal-şərq sahillərində 5,6 maqnitudalı zəlzələ qeydə alınıb.

Bizim.Media xəbər verir ki, bu barədə Tavan Mərkəzi Meteorologiya İdarəsi (CWA) məlumat yayıb.

Yeraltı təkanların episentri dənizdə, İlan şəhərindən 39,4 kilometr şərqdə yerləşib. Ən güclü təkanlar İlan və Hualyan rayonlarının bir neçə ərazisində hiss olunub.

Dağıntılar və xəsarət alanlar barədə hələlik məlumat daxil olmayıb.

Son günlər Tayvanın şərqində qeydə alınan ilk yeraltı təkanlar bunlar deyil. Oktyabrın 24-nə keçən gecə həmin ərazidə 10 dəqiqə fasilə ilə 5,0 və 4,8 maqnitudalı iki zəlzələ baş verib.

Həmin zəlzələlərin episentrləri dənizdə, Hualyan şəhərindən müvafiq olaraq 31,2 və 30,4 kilometr şərqdə yerləşib, dağıntılar və xəsarət alanlar barədə məlumat daxil olmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin