Zelenski G20 sammitində iştirak edəcək?

Hazırda oxunan: Zelenski G20 sammitində iştirak edəcək?

645366

ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskini dekabrda Mayami yaxınlığında keçiriləcək G20 sammitinə dəvət etməyə hazır olduğunu bildirib.

Bizim.Media xəbər verir ki, Zelenskini sammitə dəvət edib-etməyəcəyi ilə bağlı suala Tramp “Bəli, heç bir problem yoxdur” cavabını verib.
 

O, həmçinin Rusiya ilə Ukrayna arasındakı münaqişənin çox da uzaq olmayan gələcəkdə başa çatacağını düşündüyünü söyləyib.


Bundan əlavə, ABŞ lideri İranla danışıqların yaxşı getdiyini, lakin qarşı tərəfin etibarlılığına şübhə ilə yanaşdığını bildirib.

“Onlar o qədər də etibarlı deyillər. Razılaşma əldə edirlər, sonra isə ondan imtina edirlər. Razılaşmaq istəyirlər, görək buna nail olmaq mümkün olacaqmı”, – Tramp qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin