Rusiya Prezidenti Vladimir Putin Ukrayna Prezidenti Volodimir Zelenskinin telefon zənginə cavab verməyə hazırdır. Kreml rəhbərinin köməkçisi Yuri Uşakov bu barədə açıqlama verib.
Bizim.Media xəbər verir ki, Uşakov Rusiya KİV-lərinə Zelenskinin Putinlə danışıqlar aparmaq üçün Moskvaya gələ biləcəyini növbəti dəfə bildirib.
“O, müxtəlif mənbələr vasitəsilə siqnallar göndərir. Danışmaq istəyirsə, qoy gəlsin”, – deyə Uşakov bildirib.
Kreml rəhbərinin köməkçisinin iddiasına görə, Putin Zelenski ilə söhbətdən heç vaxt yayınmayıb və Ukrayna Prezidentinin telefon zənginə də cavab verəcək.
“Düşünürəm ki, əlbəttə, cavab verəcək. Putin heç vaxt danışıqlardan imtina etməyib”, – deyə o bildirib.
Xatırladaq ki, daha əvvəl Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Qar Störe Putinlə telefon danışığı aparıblar. Söhbət zamanı Rusiyanın Ukraynaya qarşı apardığı müharibə, müharibənin dayandırılması istiqamətində diplomatik səylər, eləcə də Avropada sülh və sabitliyin təşviqi müzakirə olunub.
Kiyev bu telefon danışığının hazırlanmasından əvvəlcədən xəbərdar olub. Danışıqdan dərhal sonra Zelenski hər iki liderlə ayrıca söhbət edib.
Bizim.Media
































































































