Bruklin Bekhem həyat yoldaşı Nikola Peltsin fotosunu “Instagram” səhifəsində paylaşaraq onu həyat yoldaşına həddindən artıq bağlı olmaqda tənqid edənlərə cavab verib.
Bizim.Media xəbər verir ki, Bekhemlərin böyük oğlu paylaşımına “Bəli, mən həyat yoldaşıma vurğunam. Nə istəyirsiniz yazın, mənə fərqi yoxdur. O, mükəmməldir” sözlərini əlavə edib.
Bir neçə gün əvvəl Bruklin Nikola ilə birgə fotosunu paylaşaraq ona sevgisini etiraf etmişdi. O, həyat yoldaşını bütün dünyası, ən yaxın dostu və həyatındakı ən vacib insan adlandırmışdı.
Cütlüyün pərəstişkarları paylaşımı müsbət qarşılasalar da, bəzi istifadəçilər fərqli münasibət bildiriblər. Onlardan biri Bruklini valideynləri ilə barışmağa çağırıb, digəri isə Nikola ilə boşanacağı təqdirdə ailəsiz və tək qalacağını yazıb.
Qeyd edək ki, Bruklin artıq uzun müddətdir ailə üzvləri ilə münasibət saxlamır.
Bizim.Media






























































































