“Dünya çempionatı yenidən ABŞ-da keçirilsin”

Hazırda oxunan: “Dünya çempionatı yenidən ABŞ-da keçirilsin”

626041

ABŞ prezidenti Donald Tramp DÇ-2026-nın İspaniya – Argentina finalı öncəsi növbəti dünya çempionatlarının da ölkəsində keçirilməsini istədiyini bildirib.

Bizim.Media Yahoo Sport-a istinadən xəbər verir ki, o, FİFA prezidenti Canni İnfantino ilə bu barədə danışdığını deyib.

“İnfantinoya dedim: bilirsiniz, nə etməliyik? Dünya çempionatını yenidən ABŞ-da keçirməliyik. Bu dəfə Kanada və Meksikanı kənarda qoyaq. Baxmayaraq ki, onların namizədliyə daxil edilməsində çox nəzakətli davranmışdım. Əgər turniri yenidən bizə versəniz, sonra isə növbəti mundialı başqa ölkəyə həvalə etsəniz, bu, insanların qəzəbini, nifrətini və gərginliyini azaldar”.

Tramp FİFA prezidentinin daha bir ideyasını da açıqlayıb:

“Canni dedi ki, növbəti dəfə dünya çempionatını ABŞ və Çin birlikdə təşkil edə bilər. Çin və ABŞ. Onda oyunlar arasında uçuşlar çox qısa olacaq. Futbolçuların da bundan xoşu gələcək”. (qol.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin