Bakıda 4 qadın restoranda zəhərləndi

Hazırda oxunan: Bakıda 4 qadın restoranda zəhərləndi

645344

Oktyabrın 31-də Bakının Nizami rayonunda 4 qadın zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

Bizim.Media xəbə verir ki, bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirilib.

Məlumata əsasən, saat 20:15 radələrində Mərkəzə Nizami rayonu ərazisindən çağırış daxil olub.

Çağırış ünvanına 3 təcili tibbi yardım briqadası göndərilib.

Təcili tibbi yardım briqadaları tərəfindən 4 qadın zəhərlənmə şübhəsi ilə Sabunçu Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Məhəmmədi modul tipli xəstəxanaya hospitalizasiya olunub.

Qeyd edək ki, onların “Qızıl Qaya” restoranında zəhərləndiyi bildirilir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin