2026-cı il futbol üzrə dünya çempionatının finalı öncəsi Lionel Messi ilə Lamin Yamalın 2007-ci ildə çəkilmiş fotosu sosial şəbəkələrdə yenidən geniş yayılıb. Şəkildə 20 yaşlı Messi cəmi 5 aylıq olan Yamalı qucağında saxlayır və çimizdirir.
Bizim.Media xarici KİV-ə istinadla xəbər verir ki, foto Barselonada UNICEF və Diario Sport qəzetinin xeyriyyə təqvimi üçün təşkil etdiyi aksiya zamanı çəkilib.

Yamalın ailəsi püşkatmada qalib gəldiyi üçün həmin fotosessiyada iştirak etmək imkanı qazanmışdı. O zaman heç kim körpənin gələcəkdə dünya futbolunun ən böyük istedadlarından birinə çevriləcəyini təsəvvür etmirdi.
Foto ilk dəfə geniş diqqət çəkməsə də, 2024-cü ildə Yamalın atası onu sosial şəbəkədə paylaşdıqdan sonra viral olmuşdu. İndi isə Argentina ilə İspaniyanın dünya çempionatının finalında qarşılaşacağı ərəfədə görüntü yenidən futbol azarkeşlərinin maraq mərkəzinə düşüb.

Messi də fotoya münasibət bildirərək bunun “çox qəribə və inanılmaz təsadüf” olduğunu deyib. O, Lamin Yamalı dünyanın ən güclü futbolçularından biri adlandıraraq gənc futbolçunun gələcəyinin çox parlaq olduğunu vurğulayıb.
Beləliklə, təxminən 19 il əvvəl eyni fotoda yer alan Messi və Yamal bu dəfə dünya çempionatının finalında rəqib kimi meydana çıxmağa hazırlaşırlar.


Aynur, Bizim.Media

- A-
- A
- A+
İdman
14:50 / 18.07.2026
19 il əvvəl çəkilmiş FOTO dünya çempionatı öncəsi yenidən gündəmdə – Messidən REAKSİYA
Hazırda oxunan: 19 il əvvəl çəkilmiş FOTO dünya çempionatı öncəsi yenidən gündəmdə – Messidən REAKSİYA
Hazırda oxunan: 19 il əvvəl çəkilmiş FOTO dünya çempionatı öncəsi yenidən gündəmdə – Messidən REAKSİYA
626033
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































