Azərbaycan Premyer Liqasında 2026/2027-ci illər mövsümünün püşkatması keçirilib.
Bizim.Media xəbər verir ki, çempionatın ilk turunda keçiriləcək qarşılaşmalar bəlli olub.
Misli Premyer Liqası
1-ci tur
“Turan Tovuz” - “Qəbələ”
“Şamaxı” - “Qarabağ”
“Kəpəz” - “Sabah”
“Sumqayıt” - “Neftçi”
“Araz-Naxçıvan” - “İmişli”
“Zirə” - “Şəfa”
PFL-in açıqladığına görə, stadionlarında süni işıqlandırma sistemi olmayan klublar yay mövsümündə bütün oyunlarını səfərdə keçirəcəklər.
Bu baxımdan “Şamaxı” “Qarabağ”la evdə qarşılaşmalı olsa da, stadiondakı işıqlandırma sisteminin olmaması səbəbindən səfərdə oynayacaq.
Qeyd edək ki, Premyer Liqaya avqustun 14-də start veriləcək.

Bizim.Media
































































































