Azərbaycan UEFA reytinqində liderdir! -Əla başlanğıc…

Hazırda oxunan: Azərbaycan UEFA reytinqində liderdir! -Əla başlanğıc…

625796

Azərbaycan 2026/27 mövsümü UEFA-nın assosiasiyalar reytinqində ilk pillədə qərarlaşıb.

Bizim.Media “qol.az”a istinadla xəbər verir ki, bu, üç klubumuzun birinci mərhələdəki yüzfaizli nəticələri sayəsində mümkün olub. “Sabah” Çempionlar Liqasında, “Qarabağ” Avropa Liqasında, “Zirə” isə Konfrans Liqasında keçirdiyi hər iki matçda qələbə qazanıb. 

Beləliklə, Azərbaycanın 3 klubu birinci mərhələdə keçirdiyi ümumən 6 oyunun hamısında rəqiblərini məğlubiyyətə uğradıb və 6,000 əmsal qazanıb.
 

Azərbaycan avrokuboklarda 4 komanda ilə təmsil olunduğundan (“Neftçi” Konfrans Liqasına 2-ci mərhələdən qoşulacaq) həmin əmsal 4-ə bölünüb. Yekun nəticədə ölkəmizin hesabına daha 1,500 əmsal yazılıb ki, bu da birinci mərhələdən sonra ən yaxşı göstəricidir.


Maraqlıdır ki, hələlik reytinqdə ikinci yeri Andorra tutur. Bu ölkənin klubları ümumən 4500 əmsal (3-ə bölünməklə 1500) qazana bilib.

Mövsüm yeni başladığından sıralamada dəyişikliklər olacaq.

Son 5 mövsümün nəticələrinə əsasən hazırlanan siyahıda isə Azərbaycan 26-cı yerdəki mövqeyini möhkəmləndirib və əmsal ehtiyatını 20,062-ə çatdırıb. 25-ci yeri tutan İsrailin 20,750, 27-ci yerdə qərarlaşan Bolqarıstanın isə 18,562 xalı var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin