Britaniya kral ailəsi məğlub olan İngiltərə millisinə müraciət etdi

Hazırda oxunan: Britaniya kral ailəsi məğlub olan İngiltərə millisinə müraciət etdi

625752

Böyük Britaniya kral ailəsi, DÇ-2026-nın yarımfinalında Argentinaya məğlub olduqdan sonra sosial şəbəkə hesablarında İngiltərə futbol yığmasına müraciət ünvanlayıb.

Bizim.Media xəbər verir ki, bəyanatda deyilir:

"Harri Keynə və bütün komandaya şərikik. Ola bilsin ki, indi siz, "üç şir", yaralarınızı yalayırsınız, lakin siz yenə də millətin fəxri olaraq qalırsınız".
 

Qeyd edək ki, iyulun 15-də yarımfinal matçında Argentina İngiltərəni 2:1 hesabı ilə məğlub edib. Matçın 55-ci dəqiqəsində ingilislər hesabı açıblar. Entoni Qordon Rocersin ötürməsini qolla tamamlayıb.


85-ci dəqiqədə Entso Fernandes uzaq məsafədən güclü zərbə ilə hesabı bərabərləşdirib. Qələbə qolunu isə 90+2-ci dəqiqədə künc zərbəsindən sonra Lautaro Martines vurub.

İyulun 19-da Nyu-Yorkda keçiriləcək finalda Argentina daha əvvəl Fransanı 2:0 hesabı ilə üstələyən İspaniya ilə qarşılaşacaq. İngiltərə isə üçüncü yer uğrunda oyunda Fransa ilə mübarizə aparacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin