"Ronaldo səndən yaxşıdır" dedi, Messi belə cavab verdi

Hazırda oxunan: "Ronaldo səndən yaxşıdır" dedi, Messi belə cavab verdi

625718

Argentina-İngiltərə matçında Lionel Messi ilə Cud Bellinqem arasında dialoq gerçəkləşib.

Bizim.Media “savaşmedia.az”a istinadla xəbər verir ki, iddialara görə, müxbir oyundan sonra C.Bellinqemdən Messiyə nə dediyini soruşub.

“Önəmli bir şey deyildi. Ona yüksək vəzifəli rəsmilərin köməyi ilə bura qədər gəldiyini və bunu bütün dünyanın bildiyini dedim. Ona bildirdim ki, özünü xüsusi hiss etməsin. Dedim ki, Ronaldo ondan çox yaxşıdır. Uzaqlaşmadan öncə ona dediyim son sözlər bunlar idi”, - Bellinqem bildirib.
İddialara görə, L.Messi isə C.Bellingemə “oynayaq, sonda görərik” cavabını verib.

Xatırladaq ki, matç Argentinanın 2:1 hesablı qələbəsi ilə bitib.

Hesabı Entoni Qordonun qolu ilə İngiltərə açıb. Argentinada Enso Fernandes hesabı bərabərləşdirib. Lautaro Martines 90+2-ci dəqiqədə komandasını önə keçirərək Argentinanı finala çıxarıb. Argentinanın hər iki qolu Messinin ötürməsindən sonra vurulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin