Azərbaycan Premyer Liqası təmsilçisi "İmişli" yay hazırlıq dönəmində 7 yoxlama matçı keçirəcək.
Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
2026/2027 mövsümünün hazırlığına iyulun 8-də başlayan komanda hazırlığın ilk mərhələsini iyulun 27-dək Bakı Olimpiya Stadionunun yardımçı meydançasında keçirəcək. "İmişli" iyulun 17-də "Şəfa", 21-də "Qarabağ-2", 24-də isə "Araz-Naxçıvan"la qüvvəsini sınayacaq.
İyulun 27-də komanda Yevlaxa yollanacaq və ayın 28-də "Karvan-Yevlax"la yoxlama görüşü keçirəcək. Ardınca kollektiv Qəbələyə yollanaraq hazırlığın ikinci mərhələsinə başlayacaq.
Təlim-məşq toplanışı avqustun 3-dək davam edəcək. Bu mərhələdə iyulun 31-də "Qəbələ", avqustun 3-də isə "Sumqayıt"la yoxlama oyunları keçiriləcək.
Hazırlıq çərçivəsində son yoxlama görüşü avqustun 8-də Bakıda baş tutacaq. Həmin oyundakı rəqibin adına hələ aydınlıq gəlməyib.
Bizim.Media



































































































