Salyan rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsində iki nəfərin həyatını itirməsi ilə bağlı bəzi təfərrüat məlum olub.
Bizim.Media xəbər verir ki. hadisə Ələt-Astara magistral avtomobil yolunun Salyan rayonunun Xıdırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, Sabirabad rayonunun Muğangəncəli kənd sakinləri - 1973-cü il təvəllüdlü Fariz Əliseyran oğlu Qarayev və onun qonşusu, 1969-cu il təvəllüdlü Ələkbər Gülhəsən oğlu Həsənov yük avtomobili ilə yola çıxıblar.
Belə ki, Fariz Qarayevin övladı yeni ev aldığı üçün onlar həmin evə məişət əşyaları aparmaq məqsədilə "QAZel" markalı yük avtomobili ilə yola düşüblər. Lakin səfər faciə ilə nəticələnib. Qəza zamanı hər iki şəxs hadisə yerində həyatını itirib.
Qeyd edək ki, toqquşmanın gücündən "QAZel" markalı yük avtomobili iki hissəyə bölünüb. (Oxu.az)
Bizim.Media
































































































