Fransa azarkeşləri ŞOKDA: Mbappe zədədən tam sağalmayıb

Hazırda oxunan: Fransa azarkeşləri ŞOKDA: Mbappe zədədən tam sağalmayıb

625260

Fransa millisinin və “Real Madrid”in hücumçusu Kilian Mbappe dünya çempionatının yarımfinalında Avropa çempionu İspaniya ilə matç üçün tam sağala bilməyib.

Bizim.Media xəbər verir ki, "RMC Sport"un məlumatına görə, ulduz futbolçu hazırlıqları fərdi proqram əsasında davam etdirib.

Forvardı hələ də Mərakeşə qarşı keçirilən 1/4 final görüşündə (2:0) zədələdiyi ayağı narahat edir. Buna baxmayaraq, Fransa yığmasının baş məşqçisi Didye Deşam bildirib ki, Kilian Mbappe ispanlara qarşı yarımfinal matçında meydana çıxmağa hazırdır.

Qeyd edək ki, DÇ-2026-da 6 oyuna çıxan Mbappe 8 qol vurub və bir məhsuldar ötürmə edib.

Fransa - İspaniya görüşü iyulun 14-də Dallasda (ABŞ) keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin