Argentina millisinin kapitanı Lionel Messi DÇ-2026-nın 1/4 finalında İsveçrə yığmasına qarşı keçirilən və 3:1 hesablı qələbələri ilə başa çatan matç zamanı portuqaliyalı baş hakim Xuan Pinyeyro ilə mübahisə edib.
Bizim.Media "La Nacion" nəşrinə istinadən xəbər verir ki, bu barədə oyun zamanı maraqlı dialoq yaşanıb.
Matçın ilk hissəsində hakim Argentina qapısına cərimə zərbəsi təyin edib. Futbolçular canlı sədd qurarkən Messi hakimə etirazını bildirib və dialoq zamanı Pinyeyrodan ona qarşı daha hörmətli davranmasını tələb edib.
"Mənimlə nəzakətlə, hörmətlə danış. Axı mən səninlə nəzakətlə danışıram", - deyə Messi hakimi məzəmmət edib.
Qeyd edək ki, Argentina millisi dünya çempionatının yarımfinalında iyulun 15-də İngiltərə yığması ilə qarşılaşacaq.
Bizim.Media

- A-
- A
- A+
İdman
13:09 / 12.07.2026
Messi hakimə etiraz etdi: "Mənimlə hörmətlə danış" - VİDEO
Hazırda oxunan: Messi hakimə etiraz etdi: "Mənimlə hörmətlə danış" - VİDEO
Hazırda oxunan: Messi hakimə etiraz etdi: "Mənimlə hörmətlə danış" - VİDEO
624792
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































