"Əgər dünya kubokunu qazansaq, düşünürəm ki, heç kim mənə “qol vurmadın” deməyəcək".
Bizim.Media xəbər verir ki, bunu İspaniya millisinin 19 yaşlı hücumçusu Lamin Yamal İspaniya-Belçika qarışılaşmasından sonra bildirib.
O qeyd edib ki, əsas komandasının qalib gəlməsidir.
“İrəliləməyə davam etdiyimiz müddətcə çox xoşbəxt olacağam. Ən vacib şey komanda və növbəti mərhələyə keçməkdir. Rəqibimizdən daha üstün idik. Buraxdığımız qol olduqca qəribə bir anda gəldi, çünki bu, oyunun ən yaxşı dövründə olduğumuz zaman baş verdi. Bəlkə də elə görünür ki, biz çox da parlaq futbol oynamırıq, amma heç bir komanda bizimlə bərabər şərtlərdə oynaya bilməz. Sonda yenə də qələbə qazanmağı bacarırıq."
Qeyd edək ki, İspaniya millisində uğurla çıxış edən Yamal, 2024-cü il Avropa Çempionatında (EURO 2024) parlaq oyun nümayiş etdirərək turnirin qalibi olub və tarixə düşüb.
Bizim.Media

- A-
- A
- A+
İdman
14:10 / 11.07.2026
Lamin Yamal: “Heç bir komanda bizimlə bərabər şərtlərdə oynaya bilməz”
Hazırda oxunan: Lamin Yamal: “Heç bir komanda bizimlə bərabər şərtlərdə oynaya bilməz”
Hazırda oxunan: Lamin Yamal: “Heç bir komanda bizimlə bərabər şərtlərdə oynaya bilməz”
624648
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































