Elmar Məmmədyarovun yerinə İrəvana XİN-in şöbə müdiri gedir

Hazırda oxunan: Elmar Məmmədyarovun yerinə İrəvana XİN-in şöbə müdiri gedir

37950
Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələri Xarici İşlər Nazirləri Şurasının dekabrın 12-də Ermənistanda keçiriləcək iclasında iştirak edəcək. Azərbaycan XİN-in mətbuat xidmətini rəhbəri Elman Abdullayev APA-ya bildirib ki, Azərbaycanı toplantıda XİN-in iqtisadi əməkdaşlıq şöbəsinin müdiri Şövqi Mehdizadə təmsil edəcək.
 
İclas iştirakçıları QDİƏT çərçivəsində əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edəcəklər. Qurumda sədrlik Ermənistandan Bolqarıstana keçəcək. Əslində sədrlik Azərbaycan keçməli idi, lakin Azərbaycan tərəfi gələn il başqa beynəlxalq qurumlarda sədrliyi qəbul edəcəyi üçün QDİƏT-də sədrlik növbəsini Bolqarıstana verib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin