Ermənistan İstintaq Komitəsində başladılan cinayət işi çərçivəsində keçirilən irimiqyaslı istintaq tədbirləri nəticəsində cinayətkar təşkilat tərkibində külli miqdarda narkotik vasitələrin satışı faktları aşkarlanıb.
Bizim.Media xəbər verir ki, məlumata görə, G.A. və cinayətkar dəstənin digər üzvləri 2020-ci ildən bəri qanunsuz narkotik ticarəti ilə məşğul olublar. Onlar öz aralarında rolları dəqiq bölüşdürərək fəaliyyət göstəriblər.
İstintaq zamanı müəyyən olunub ki, dəstə üzvləri külli miqdarda müxtəlif növ narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olub, onların bir hissəsini Ermənistan ərazisindən tranzit keçməklə xaricə daşıyıblar. Ölkə daxilində satılması nəzərdə tutulan narkotiklər isə həm əlbəəl, həm də internet vasitəsilə reallaşdırılıb.
Dəstə rəhbərlərindən biri olan G.A. barəsində Ermənistan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, barəsində həbs qətimkan tədbiri seçilərək axtarışa verilib. O, Rusiya hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq Ermənistana təhvil verilib. G.A. barəsindəki cinayət işi ittiham aktı ilə birlikdə prokurora göndərilib.
Bizim.Media


































































































