Moskva yanır, fonda isə "Rammşteyn" oxuyur – VİDEO

Hazırda oxunan: Moskva yanır, fonda isə "Rammşteyn" oxuyur – VİDEO

620029

Sosial şəbəkələrdə Moskva neft emalı zavoduna edilən PUA hücumundan sonra başlayan güclü yanğının yeni görüntüləri yayılıb.

Bizim.Media xəbər verir ki, izləyicilər tərəfindən "mütləq səslə izlənməli olan videolar" sırasına daxil edilən bu kadrlarda paytaxtın Kapotnya rayonunun səmasını bürüyən qara tüstü dumanı və zavodun alovlar içində yanması əks olunub.

Videonun maraqlı tərəfi isə fonda dünyaca məşhur alman qrupu "Rammşteyn"ın Rusiyanın paytaxtına həsr etdiyi “Moskva” mahnısının səsləndirilməsidir.

Sosial şəbəkə istifadəçiləri "Rammşteyn sanki nəsə bilirmiş" şərhləri ilə videonu fəal şəkildə paylaşıblar.

Kadrlarda neft zavodundakı məşəlin və yanğının alovları musiqinin ritmi ilə qeyri-adi şəkildə üst-üstə düşür.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin