Bakı Bəyannaməsi qəbul edildi - FOTO

Hazırda oxunan: Bakı Bəyannaməsi qəbul edildi - FOTO

620115

"Süni intellekt dövründə insan hüquqları: İmkanlar, risklər və məsuliyyətlər" mövzusunda keçirilən Ombudsmanların Beynəlxalq Bakı Sammitinin yekununda Süni intellekt və insan hüquqları üzrə Bakı Bəyannaməsi qəbul edilib.

Bizim.Media xəbər verir ki, Bəyannamədə süni intellekt texnologiyalarının hazırlanması və tətbiqi zamanı insan hüquq və azadlıqlarının, eləcə də insan ləyaqətinin qorunmasının əsas prioritet olduğu vurğulanıb.

Sənəddə üzv dövlətlərə insan hüquqlarına əsaslanan, təhlükəsiz, şəffaf və hesabatlı süni intellekt idarəetmə mexanizmlərinin inkişafı, məlumatların qorunması, alqoritmik qərəzliliyin qarşısının alınması və səmərəli hüquqi nəzarətin təmin edilməsi tövsiyə olunur.
 

Həmçinin süni intellekt sistemlərinin bütün mərhələlərində insan hüquqlarına təsirin qiymətləndirilməsi, qərarların qəbulunda insan nəzarətinin saxlanılması, şəxsi məlumatların qorunması və kibertəhlükəsizliyin gücləndirilməsi vacib hesab edilir.


Bəyannamədə alqoritmik ayrı-seçkiliyə qarşı müstəqil monitorinq və audit mexanizmlərinin inkişafı, həssas qrupların müdafiəsinin gücləndirilməsi, rəqəmsal savadlılığın artırılması, dezinformasiya və nifrət nitqi ilə mübarizənin gücləndirilməsi də əksini tapıb.

Sənəddə, həmçinin ombudsman institutları və beynəlxalq tərəfdaşlar arasında əməkdaşlığın genişləndirilməsi, özəl sektorun insan hüquqlarına hörmətlə yanaşmasının təmin edilməsi çağırışı da yer alır.

Xatırladaq ki, bu gün "Süni intellekt dövründə insan hüquqları: imkanlar, risklər və məsuliyyətlər" mövzusunda Ombudsmanların Beynəlxalq Bakı Sammiti başlayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin