"Azərbaycan Yazıçılar Birliyi (AYB) 2027-ci ilə qədər quruma üzv olmaq üçün edilən müraciətlərə baxılmayacaq".
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı AYB-nin əməkdaşı Xəyal Rza yayıb.
Onun sözlərinə görə, bu qərar birliyin qəbul komissiyası tərəfindən verilib.
"5 il ərzində üzvlük haqqını ödəməyən şair və yazıçıların Yazıçılar Birliyindən xaric edilməsi ilə bağlı qərardan sonra üzvlük haqlarının ödənilməsində canlanma müşahidə olunur. Üzvlük haqqı ildə bir dəfə ödənilir. Biz üzvlərdən gecikdirilmiş ödənişlərin edilməsini tələb edirdik", - deyə Xəyal Rza bildirib.
AYB təmsilçisi onu da əlavə edib ki, birliyə üzvlük üçün edilən müraciətlərə yalnız qurultaydan sonra baxılacaq:
"Qurultayın 2027-ci ilin payızında keçirilməsi nəzərdə tutulur".
Xatırladaq ki, bir müddət əvvəl AYB üzvlük haqqını ödəməyən bir qrup şair və yazıçını qurumdan xaric edib. İllik üzvlük haqqı 15 manat təşkil edir. (Qaynarinfo.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:14 / 18.06.2026
Yazıçılar Birliyinə qəbul müvəqqəti dayandırıldı
Hazırda oxunan: Yazıçılar Birliyinə qəbul müvəqqəti dayandırıldı
Hazırda oxunan: Yazıçılar Birliyinə qəbul müvəqqəti dayandırıldı
620038
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































