Ukrayna ordusu Rostov vilayətində teplovoza ZƏRBƏ ENDİRDİ

Hazırda oxunan: Ukrayna ordusu Rostov vilayətində teplovoza ZƏRBƏ ENDİRDİ

620052

Rostov vilayətinin qubernatoru Yuri Slyusar Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları (PUA) vasitəsilə teplovoza zərbə endirdiyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, qubernatorun sözlərinə görə, hücum nəticəsində iki kommersiya obyektinin ərazisində yanğın baş verib.

Hadisə yerinə operativ şəkildə fövqəladə hallar xidmətinin əməkdaşları cəlb olunub. Slyusar regionda PUA təhlükəsi siqnalının qüvvədə qaldığını və hücumların davam etdiyini bildirib.

Eyni zamanda, Bryansk vilayətinin qubernatortu vəzifəsini icra edən Yeqor Kovalçuk iyunun 18-də Ukraynaya məxsus kamikadze dronun Çuroviçi kəndində dinc sakinlərin olduğu avtomobili hədəf aldığını bəyan edib.

Maşında olan ana və onun 10 və 11 yaşlı iki qızı xəsarət alıb. Yaralı uşaqlar xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Bundan əlavə, Belqorod vilayətinin Zamostye kəndində də FPV-dronun minik avtomobilinə zərbə endirməsi nəticəsində bir qadın qəlpə yaraları ilə xəstəxanaya çatdırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin