ABŞ və İranın razılığından sonra ilk tankerlər Hörmüz boğazından keçdi

Hazırda oxunan: ABŞ və İranın razılığından sonra ilk tankerlər Hörmüz boğazından keçdi

620089

ABŞ və İran arasında hərbi əməliyyatların dayandırılması və Hörmüz boğazının gəmiçilik üçün yenidən açılmasını nəzərdə tutan müvəqqəti atəşkəs memorandumunun (İslamabad razılaşması) qüvvəyə minməsindən dərhal sonra boğazda hərəkətlilik bərpa olunub.

Bizim.Media xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
 

Sənədin imzalanmasından bir neçə saat sonra Səudiyyə Ərəbistanı bayrağı altında üzən və ümumilikdə 6 milyon barel xam neft daşıyan 3 supertanker Hörmüz boğazından uğurla keçib. Bununla yanaşı, Çinin "Cosco" şirkətinə məxsus neft tankerləri, Qətərə məxsus mayeləşdirilmiş təbii qaz (LNG) gəmisi və İtaliyanın bir yük gəmisi də GPS siqnallarını yandıraraq boğazı tərk ediblər.


Xatırladaq ki, cari ilin fevral ayında başlayan ABŞ-İran müharibəsi fonunda qlobal neft tədarükünün təxminən 20 faizinin keçdiyi Hörmüz boğazı gəmiçilik üçün tamamilə bağlanmış və bu, dünya bazarında ciddi enerji böhranına səbəb olmuşdu.

Əldə edilən 60 günlük yeni atəşkəs razılaşmasına əsasən, ABŞ İrana qarşı dəniz blokadasını qaldırır, rəsmi Tehran isə boğazdan kommersiya gəmilərinin təhlükəsiz keçidini təmin edir. Boğazın yenidən açılması xəbəri dünya bazarında neft qiymətlərinin kəskin ucuzlaşmasına səbəb olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin