Futbol üzrə 2026-cı il dünya çempionatında kolumbiyalı azarkeşlər Özbəkistan millisinə azarkeşlik edən və komandasının məğlubiyyətinə görə ağlayan azyaşlı uşağı ürəkləndiriblər.
Bizim.Media xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda cənubi amerikalı fanatların kiçik uşağın könlünü almaq üçün xüsusi olaraq "Özbəkistan!" deyə qışqırıblar.
Qeyd edək ki, Mexiko şəhərindəki məşhur "Atsteka" stadionunda keçirilən Özbəkistan - Kolumbiya qarşılaşması kolumbiyalıların 3:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunda Kolumbiya millisinin qollarını Daniel Munyos, Luis Dias və Haminton Kampas vurublar.
Xatırladaq ki, iyunun 11-də start götürən DÇ-2026 ABŞ, Meksika və Kanadanın ev sahibliyi ilə keçirilir və iyulun 19-da yekunlaşacaq.
Bizim.Media


































































































