Polşada rusiyalı rəssam Skrepetskinin qətlində şübhəli bilinən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Baş naziri Donald Tusk məlumat verib.
Baş nazirin sözlərinə görə, əməliyyat Lyublin şəhərinin polis əməkdaşları və Polşa Daxili Təhlükəsizlik Agentliyi tərəfindən birgə həyata keçirilib. Saxlanılan şəxsin üzərindən Gürcüstan pasportu aşkar edilib.
Hazırda Polşa xüsusi xidmət orqanları qətlin sifarişçisinin kimliyini müəyyənləşdirmək istiqamətində araşdırmaları davam etdirir.

Bizim.Media






































































































