Pakistan Baş Naziri Şahbaz Şərifin İsveçrəyə planlaşdırılan rəsmi səfəri ləğv edilib.
Bizim.Media xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb.
Diplomatik mənbələrin nəşrə verdiyi məlumata görə, bu qərar ABŞ və İran arasında əldə olunan sülh memorandumunun artıq rəsmi olaraq elektron qaydada imzalanması səbəbindən verilib.
Qeyd edilib ki, sənəd bütün tərəflər tərəfindən imzalandığı üçün İsveçrənin Bürgenstok kurortunda keçirilməsi nəzərdə tutulan əyani imzalama mərasiminə və Baş Nazirin bu ölkəyə səfərinə artıq ehtiyac qalmayıb.
Pakistan Vaşinqton və Tehran arasındakı münaqişədə əsas vasitəçi qismində çıxış edirdi.
Şahbaz Şərif bu gün (18 iyun) İsveçrəyə yola düşməli və iyunun 19-da keçiriləcək tarixi sülh sazişinin imzalama mərasimində iştirak etməli idi.
Belə ki, ABŞ Prezidenti Donald Tramp, İran Prezidenti Məsud Pezeşkian və vasitəçi kimi Şahbaz Şərif "İslamabad Anlaşma Memorandumu"nu elektron şəkildə imzaladıqdan sonra İsveçrə səfərinin ləğv edildiyi təsdiqini tapıb.
Buna baxmayaraq, Dövlət başçılarının əyani görüşü ləğv edilsə də, ABŞ və İran nümayəndə heyətlərinin sazişin icra mexanizmlərini müzakirə etmək üçün İsveçrədə texniki səviyyəli danışıqları davam etdirəcəyi bildirilir.
Bizim.Media



































































































