Cəlilabad sakini faciəvi şəkildə HƏYATINI İTİRDİ

Hazırda oxunan: Cəlilabad sakini faciəvi şəkildə HƏYATINI İTİRDİ

620093

Cəlilabad rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Mirzəli kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, Qarakazımlı kənd sakini 1982-ci il təvəllüdlü Fariz Məmmədov elektrik xəttində təmir-bərpa işləri apararkən cərəyan vurması nəticəsində ağır xəsarətlər alıb.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Lakin aldığı xəsarətlər səbəbindən F. Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Fariz Məmmədov “Azərişıq” ASC-nin əməkdaşı olub.

Faktla bağlı araşdırma aparılır, hadisənin başvermə səbəbləri müəyyənləşdirilir.

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin