Avropa Komissiyasının sədri Ursula von der Lyayen Ukraynadan olan qaçqınların Avropa İttifaqına qəbul qaydalarında dəyişiklik edilməsini təklif edib.
Bizim.Media xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.
Məlumata görə, Lyayen tərəfindən Avropa İttifaqı liderlərinə sammit ərəfəsində göndərilən məktubda ukraynalı vətəndaşlar üçün tətbiq olunan sadələşdirilmiş qəbul mexanizmlərinin yenidən nəzərdən keçirilməsi təklif olunur. Bununla yanaşı, Ukrayna qaçqınları üçün müvəqqəti müdafiə statusunun uzadılması da gündəmdədir.
Bildirilir ki, planlaşdırılan dəyişikliklər Ukraynanın müdafiə qabiliyyətinə mənfi təsir göstərməmək məqsədi daşıyır. Təfərrüatlar açıqlanmasa da, hərbi xidmət yaşında olan kişilərin qəbul qaydalarının sərtləşdirilməsinin nəzərdən keçirildiyi qeyd olunur.
Qeyd edək ki, daha əvvəl Almaniya və bəzi digər Aİ ölkələri hərbi çağırış yaşında olan ukraynalı kişilərin qəbulunun çətinləşdirilməsi təşəbbüsü ilə çıxış etmişdilər.
Bizim.Media



































































































