Neymar Haiti ilə oyunu buraxacaq

Hazırda oxunan: Neymar Haiti ilə oyunu buraxacaq

620125

Braziliya millisinin hücumçusu Neymar DÇ-2026-nın II turunda Haiti ilə keçiriləcək oyunda iştirak etməyəcək.

Bizim.Media xəbər verir ki, bu barədə jurnalist Raisa Simpliskuyu sosial mediada Braziliya Futbol Konfederasiyasına istinadən məlumat verib.

Qeyd olunub ki, Neymar Haiti ilə oyun üçün komanda ilə birlikdə Filadelfiyaya getməyəcək.

Hücumçu aldığı zədədən sonra sağalmasının son mərhələsi üçün Nyu-Cersi ştatında qalacaq.

Braziliya yığması turnirin ilk turunda Mərakeşlə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, Braziliya - Haiti matçı iyunun 20-də Bakı vaxtı ilə saat 04:30-da başlayacaq.

Dünya Kuboku 11 iyun - 19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada keçirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin