Şəbnəm Tovuzlunu hansı cəza gözləyir? – VİDEO

Hazırda oxunan: Şəbnəm Tovuzlunu hansı cəza gözləyir? – VİDEO

620076

Tanınmış müğənni Şəbnəm Tovuzlu avtomobil idarə edərkən qayda pozuntusuna yol verib.

Belə ki, ifaçı yüksək sürətlə avtomobil idarə edərkən nə özü, nə də ki, yanındakı sərnişin təhlükəsizlik kəmərindən istifadə etməyib.

Nəzərə alaq ki, videoçəkiliş M1 yolunda aparılıb. Bu yollarda isə orta sürət saatda 90 kilometrdir. Üstəlik müğənni sükan arxasında rəqs etməklə təhlükə riskini bir qədər də artırıb.

Bəs bu hərəkətinə görə Şəbnəm Tovuzlunu hansı cəza gözləyir?

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinə əsasən avtomobili sürərkən təhülkəsizlik kəmərindən istifadə etməməyə görə 40 manat cərimə nəzərdə tutulur. Sərinişinlər isə müvafiq əmələ görə, 30 manat cərimə edilir.

Nəzərə alaq ki, tanınmış şəxsin bu cür hərəkətləri həm də mənəvi məsuliyyət yaradır.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə sorğu göndərdik.

Mövzunu diqqətdə saxlayacağıq.


Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin