Netanyahu: “İsrail Livanı tərk etməyəcək”

Hazırda oxunan: Netanyahu: “İsrail Livanı tərk etməyəcək”

620114

İsrail öz təhlükəsizliyini təmin etmək niyyətində olduğu üçün hələlik qoşunlarını Livanın cənub ərazisindən çıxarmağı planlaşdırmır. 

Bizim.Media xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu İordan çayının qərb sahilindəki müqəddəs incil məkanları üzrə yeni turist marşrutunun açılış mərasimi zamanı bildirib.

"Biz İsrailin şimal rayonlarında təhlükəsizliyi və rifahı bərpa edəcəyik. Bunun üçün Livanın cənubunda təhlükəsizlik zonasını qoruyub saxlamaq lazımdır və İsrailin təhlükəsizlik tələbləri bunu diktə etdiyi müddətcə biz oradan çıxmamalıyıq", - deyə ölkənin Nazirlər Kabinetinin rəhbəri bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin