Ukrayna PUA-larının səhər saatlarında Rusiyanın neft emalı zavoduna hücumundan sonra Moskva və Moskva vilayətini "neft yağışları" bürüməyə başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın teleqram kanallarında görüntülər yayılıb.
Sakinlər sosial şəbəkələrdə təkcə qara tüstülərin fotolarını deyil, həm də pəncərələrin, avtomobillərin, skamyaların üzərində ləkələrin görüntülərini paylaşırlar. Bəziləri Lyubertsı və digər rayonlarda “neftlə dolu yağış” və “neft yağışı” haqqında yazır.
Bununla belə, Rusiya hakimiyyəti bildirib ki, saat 12:00-a olan məlumata görə, Moskvanın havasında çirkləndiricilərin konsentrasiyası icazə verilən maksimum həddi keçmir.



Bizim.Media



































































































