Gürcüstanda əhaliyə xəbərdarlıq edildi: Daşqın təhlükəsi var

Hazırda oxunan: Gürcüstanda əhaliyə xəbərdarlıq edildi: Daşqın təhlükəsi var

620118

“Georgian Water and Power” şirkəti güclü yağışlar və daşqın ehtimalı ilə əlaqədar əhaliyə müraciət edib.

Bizim.Media xəbər verir ki, əsasən Mtsxeta-Mtianeti bölgəsinin əhalisinə ünvanlanan müraciətdə deyilir:

"Güclü yağışlar nəticəsində Jinvali su anbarında suyun həcmi artıb. İyunun 18-dən etibarən Aragvi çayının yatağında su axınının artması gözlənilir. Xahiş edirik, bu dövrdə Aragvi çayının yatağı boyunca hərəkət edərkən xüsusi diqqətli olun".

Məlumat üçün qeyd edək ki, 2015-ci ildən bəri Gürcüstanda yağan güclü yağışlar nəticəsində bir neçə dəfə daşqınlar və torpaq sürüşməsi baş verib.

Təbii fəlakətlər onlarla insanın həyatına son qoyub, infrastruktura ciddi ziyan vurub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin