İyunun 5-də Azov dənizində dron hücumları nəticəsində zərər görən gəmilərdə yaralanan Azərbaycan vətəndaşlarının səhhəti ilə bağlı son vəziyyət məlum olub.
Bizim.Media xəbər verir ki, “modern.az”ın sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə hadisə zamanı yaralanan vətəndaşlarımız artıq sağaldıqlarını bildirib.
"Yaralılar sağalıb və evə buraxılıblar”, – deyə XİN rəsmisi qeyd edib.
Xatırladaq ki, iyunun 5-də Azov dənizində dron hücumları nəticəsində "Natra” və "Zirkon” yük gəmilərinin heyət üzvləri olan 25 Azərbaycan vətəndaşından 4 nəfər həlak olmuş, 4 nəfər isə – Rəşad Mədətxanov, Samid İbadzadə, Emin Valehov və Namiq Cəfərli yaralanmışdı.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
20:36 / 18.06.2026
Gəmidə yaralanan azərbaycanlıların son durumu AÇIQLANDI
Hazırda oxunan: Gəmidə yaralanan azərbaycanlıların son durumu AÇIQLANDI
Hazırda oxunan: Gəmidə yaralanan azərbaycanlıların son durumu AÇIQLANDI
620120
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































