Müqəddəs Yelena adasında yaşayan və dünyanın ən yaşlı quruda yaşayan heyvanı sayılan Conatan adlı tısbağa rəsmi olaraq Ginnesin Rekordlar Kitabının ikonası statusunu alıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı ada hökumətinin mətbuat xidməti yayıb.
Rəsmi saytda dərc olunan bəyanatda bildirilir: "Dünyanın ən yaşlı quruda yaşayan heyvanı və adanın hamı tərəfindən sevilən sakini Conatan rəsmi olaraq Ginnesin Rekordlar Kitabının ikonası kimi tanınıb".
Qeyd olunur ki, uzunömürlülüyün rəmzinə çevrilən 193 yaşlı tısbağa onilliklər ərzində adada baş verən bütün tarixi dəyişikliklərin canlı şahidi kimi şöhrət qazanıb.
Ginnesin Rekordlar Kitabının ikona statusu yalnız beynəlxalq miqyasda böyük nüfuza malik olan və öz sahəsində fövqəladə rekordlara imza atmış şəxslərə və ya canlılara verilir.
Bizim.Media





































































































