“Su pəhrizi” ilə çəkisini azaltmaq istəyənlərə XƏBƏRDARLIQ

Hazırda oxunan: “Su pəhrizi” ilə çəkisini azaltmaq istəyənlərə XƏBƏRDARLIQ

620067

Son illərdə populyarlıq qazanan su pəhrizi müəyyən müddət ərzində yalnız su qəbuluna əsaslanan qidalanma üsuludur.

Bizim.Media “pravda.az”a istinadən xəbər verir ki,  Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) eksperti Tutu Zeynalova bu barədə fikirlərini bölüşüb.

Onun sözlərinə görə, bu üsul arıqlamaq üçün effektiv vasitə deyil, əksinə, orqanizm üçün ciddi risklər yaradır.

O, insanın yalnız su qəbul etdikdə orqanizmin artıq piy ehtiyatlarını deyil, ilk növbədə daxili rezervləri - suyu və xüsusilə əzələ kütləsini sərf etməyə başladığını bildirib: 

“Uzun müddət ac qalmaq maddələr mübadiləsinin zəifləməsinə, elektrolit balansının pozulmasına səbəb olur. Bu vəziyyət ürək ritminin pozulması, qan şəkərinin kəskin enməsi, böyrək funksiyalarının zəifləməsi və saç tökülməsinin sürətlənməsi kimi ciddi sağlamlıq problemlərinə yol aça bilər. Bundan əlavə, bu cür sərt pəhrizlərdən sonra itirilən çəkinin qısa müddətdə geri qayıtma ehtimalı da artır”.

Tutu Zeynalova qeyd edib ki, çəkini azaltmaq istəyən şəxslər sağlam və balanslı qidalanma prinsiplərinə əməl etməli, eyni zamanda, müntəzəm fiziki aktivliyi həyat tərzinə çevirməlidirlər.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin