ŞOK: İranda etirazlarda öldürülən qadın və qızların saçları Ermənistana aparılır - FOTO

Hazırda oxunan: ŞOK: İranda etirazlarda öldürülən qadın və qızların saçları Ermənistana aparılır - FOTO

620078

Ermənistanda gömrük əməkdaşları İrandan gətirilən yük maşınında qeyri-adi qaçaqmalçılıq cəhdinin qarşısını alıblar.

Bizim.Media xəbər verir ki, Ermənistan Dövlət Gəlirləri Komitəsinin məlumatına görə, iranlı sürücünün idarə etdiyi yük maşınının kabinəsindəki yastıqların içərisində gizlədilmiş 26 kiloqram ağırlığında 143 dəstə təbii insan saçı aşkar edilib.
 

Komitə qeyd edib ki, bu cür halların sayı son aylarda artmaqdadır. Rəsmi məlumatlara əsasən, 2026-cı ilin əvvəlindən iyun ayınadək təbii saçların gizli və ya bəyan edilmədən idxalı ilə bağlı 11 fakt aşkarlanıb.


Həmin dövrdə ümumilikdə 135,7 kiloqram ağırlığında və 621 dəstə təbii insan saçının Ermənistan ərazisinə keçirilməsinə cəhd göstərildiyi bildirilib.

Sosial mediada isə saçların yanvar etirazlarında öldürülən qadın və qızlara aid olduğu açıqlanıb. (Kayhan London)



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin