Tramp klanında yeni ulduz parlayır. ABŞ eks-prezidenti Donald Trampın 19 yaşlı nəvəsi Kay Tramp son aylarda babasını mühüm ictimai və idman tədbirlərində müntəzəm müşayiət edərək diqqət mərkəzinə düşüb.
Bizim.Media xəbər verir ki, ictimaiyyətlə əlaqələr üzrə ekspertlərin fikrincə, vaxtilə Trampın sağ əli sayılan qızı İvankanın siyasi və korporativ arenadan uzaqlaşıb Mayamidə sakit həyat seçməsindən sonra yaranan boşluğu məhz Kay doldurur. Lakin İvankadan fərqli olaraq, Donald Trampın (kiçik) qızı olan Kay biznes və ya siyasətə deyil, rəqəmsal təsirə (influenserliyə) üstünlük verir.
"Z nəsil" (zumer) arasında böyük populyarlıq qazanan Kay öz "YouTube" və "Instagram" platformalarında babası ilə olan səmimi kadrları, buraxılış gecələrini və qolf fəaliyyətini paylaşır.
Mayami Universitetinin qolf komandasında çıxış etməyə hazırlaşan gənc qızın öz adı üzərindən qurduğu reklam müqavilələrinin dəyəri artıq milyonlarla ölçülür. Ekspertlər hesab edirlər ki, Kayın bu gənclik enerjisi və influenser yanaşması Tramp ailəsinin gələcək brendinə daha böyük dividentlər qazandırır.


Bizim.Media

- A-
- A
- A+
Dünya
15:52 / 18.06.2026
Trampın yeni gizli silahı: Nəvəsi İvankanın yerini tutur – FOTO
Hazırda oxunan: Trampın yeni gizli silahı: Nəvəsi İvankanın yerini tutur – FOTO
Hazırda oxunan: Trampın yeni gizli silahı: Nəvəsi İvankanın yerini tutur – FOTO
620059
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































