ABŞ-dən vətəndaşlarına ÇAĞIRIŞ: Rusiyaya səfər etməyin!

Hazırda oxunan: ABŞ-dən vətəndaşlarına ÇAĞIRIŞ: Rusiyaya səfər etməyin!

620121

ABŞ Rusiyanın böyük şəhərlərinə edilən PUA hücumları ilə əlaqədar öz vətəndaşlarına bu ölkəyə səfər etməmək barədə xəbərdarlıq edib. 

Bizim.Media xəbər verir ki, müvafiq bəyanat ABŞ Dövlət Departamentinin Konsulluq İşləri Bürosu tərəfindən dərc olunub.

Həmçinin ABŞ Dövlət Departamenti Rusiyaya dördüncü, yəni ən yüksək təhlükə səviyyəsini təyin edib.

"Fövqəladə hal yarandıqda, yerli Rusiya hakimiyyət orqanlarının təlimatlarına əməl edin və sığınacaq axtarın. PUA və ya dron aşkar etdikdə dərhal uzaqlaşın və ehtiyac yaranarsa, sığınacaqda gizlənin", — deyə Amerika qurumunun bəyanatında qeyd olunur.
 

Bundan əlavə, büro xəbərdarlıq edib ki, drona toxunmaq, ona yaxınlaşmaq, eləcə də hücumların fəsadlarını fotoşəkilə çəkmək olmaz. Qurum qeyd edib ki, bunu etmək pilotsuz təyyarə hücumlarının nəticələrini lentə almaq qanununu pozduğuna görə cərimə və ya həbs cəzası ilə nəticələnə bilər.


İyunun 18-i səhər saatlarında Moskvada dron hücumu qeydə alınıb. Moskva meri Sergey Sobyaninin sözlərinə görə, 194 dron vurulub. Qurğulardan biri Sadovod ticarət mərkəzinə, daha bir neçəsi isə neft emalı zavoduna dəyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin