"Azərbaycan torpaqları işğal altında olan zaman 30 il ərzində dəfələrlə mənasız danışıqlar aparıldı".
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun illik toplantısında – CANLI
Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində deyib.
Dövlət başçısı ATƏT-in keçmiş Minsk qrupunu nəzərdə tutaraq deyib ki, onların yeganə hədəfi Azərbaycanın torpaqlarının Ermənistanın işğal altında saxlaması idi:
"Sülhü əldə etmək, ərazilərimizi işğal altından azad etmək mandatına malik olan ATƏT-in Minsk qrupunun həmsədrləri - BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvləri Fransa, Rusiya, ABŞ - Ermənistanı Azərbaycanın ərazilərindən çıxmağa vadar edə bilmirdi. Danışıqların aparılması elə onların birgə qərarından irəli gəlirdi".
İlham Əliyev bəyan edib ki, Azərbaycan vəziyyəti dəyişdi:
"Bizim danışıqlar prosesinin başlanğıcında böyük ümidlərimiz var idi. Çalışırdıq ki, sülh ilə məsələnin çalışmasına nail olaq, böyük ölkələri dilə gətirək ki, həqiqət bizim tərəfimizdədir. Biz haqlıyıq. Bizim ərazilərimiz işğal olunub. Baxın xəritəyə, Ermənistanın qoşunları bizim ərazimizdə idi. Cavabda eşidirdik ki, gedin və razılaşın. Bu, bir mesaj idi. Bunun digər həll variantı yoxdur. Üçüncü mesaj yəni siz müharibəyə başlaya bilməzsiniz. Dördüncü mesaj, əgər siz müharibəni başlasanız, sanksiya tətbiq edəcəyik".
Bizim.Media





































































































