Hikmət Hacıyev rumıniyalı həmkarı ilə görüşdü – Nələr müzakirə edildi? – FOTO

Hazırda oxunan: Hikmət Hacıyev rumıniyalı həmkarı ilə görüşdü – Nələr müzakirə edildi? – FOTO

620033

Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlıq müzakirə olunub.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial media hesabında paylaşım edib.

“Rumıniyalı həmkarım Marius Lazurca ilə məhsuldar görüşüm oldu. O, Azərbaycana səfər edir. Azərbaycanla Rumıniya arasında strateji tərəfdaşlığı və ənənəvi dostluğu bir daha təsdiqləyərək, ikitərəfli əlaqələrimizin daha da dərinləşdirilməsi üçün geniş imkanları müzakirə etdik. Coğrafi baxımdan Cənubi Qafqaza ən yaxın olan Aİ üzvü olan Rumıniya əməkdaşlığımızda mühüm yer tutur.

Siyasi, iqtisadi, enerji, müdafiə, mədəni, humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri barədə fikir mübadiləsi apardıq. Fəal siyasi və təhlükəsizlik dialoqumuzu davam etdirmək barədə razılığa gəldik”, - paylaşımda qeyd edilib.


 

 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin