Zelenski: "Ukraynanın “qışdan sağ çıxmasına” çalışırıq"

Hazırda oxunan: Zelenski: "Ukraynanın “qışdan sağ çıxmasına” çalışırıq"

635344

ABŞ qış ərəfəsində və qış aylarında Ukrayna və Rusiyanın müharibənin deeskalasiyası istiqamətində müəyyən tədbirlər görməsi imkanını araşdırır.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski “Axios” nəşrinə müsahibəsində bildirib.
 

Onun sözlərinə görə, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşnerin səfəri zamanı Rusiya və Ukraynanın qış ərəfəsində və qış aylarında münaqişənin deeskalasiyası istiqamətində ata biləcəyi mümkün addımlar müzakirə olunub.


“Enerji obyektləri, taxıl tədarükü, elektrik enerjisi infrastrukturu, eləcə də neft və qaz ixracı ilə bağlı ideyalar var. Rusiya ilə bizim maraqlarımız fərqlidir”, — deyə Zelenski qeyd edib.

O əlavə edib ki, ABŞ-nin həm sülh prosesini bərpa etməyə, həm də Ukrayna və Rusiyanın "ciddi eskalasiya olmadan qışdan sağ çıxmasına" imkan yaratması danışıqların reallığına çox yaxındır.

Zelenski vurğulayıb ki, amerikalıların məqsədi qışdan əvvəl və ya qış aylarında tərəfləri «sülhə yaxınlaşdıra biləcək» addımlar tapmağa çalışmaq olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin