“Aston Villa” onu məhkəməyə verə bilər

Hazırda oxunan: “Aston Villa” onu məhkəməyə verə bilər

645319

“Aston Villa” sabiq futbolçu və futbol eksperti Ceymi Karrageri açıqlamalarına görə məhkəməyə verə bilər.

Bizim.Media xəbər verir ki, bu barədə klubun sahibi Nəsif Saviri "Reuters"ə açıqlamasında danışıb. 

“İngiltərə və Avropa futbolunda inkişafımıza mane olmağa heç kimə imkan verməyəcəyik”, - deyə klubun sahibi vurğulayıb.

Qeyd edək ki, Karrager daha əvvəl “Aston Villa”nın baş məşqçisi Unay Emerinin “Mançester Yunayted”ə mümkün keçidini şərh edərkən Birminqem klubunun azarkeşlərinə qarşı kobud ifadələr işlədib.

O, həmçinin “Aston Villa”nın heç vaxt “Mançester Yunayted” səviyyəsinə çata bilməyəcəyini deyib. Sabiq futbolçu daha sonra açıqlamalarının zarafat xarakteri daşıdığını bildirib.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin