Fransada keçirilən kütləvi etiraz aksiyaları zamanı 300-ə yaxın insan saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Parisdə iğtişaş iştirakçıları hüquq-mühafizə orqanlarının əməkdaşlarını geri çəkilməyə məcbur edir. Etirazçılar polisə “Molotov kokteylləri”, fişənglər və daşlar atırlar.
Polislər gözyaşardıcı qazdan istifadə etməyə çalışsa da, bunun nəticə vermədiyi bildirilir.
Qarşıdurmalar zamanı bəzi polis əməkdaşlarının bir-birinə yanğınsöndürən balonlarla kömək etdiyi qeyd olunur.
Yerli KİV-in məlumatına görə, Fransanın müxtəlif şəhərlərində keçirilən aksiyalarda 300 mindən çox insan iştirak edir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
22:51 / 31.10.2026
Fransada etirazlar iğtişaşlara çevrildi: 300-ə yaxın şəxs saxlanıldı - Video
Hazırda oxunan: Fransada etirazlar iğtişaşlara çevrildi: 300-ə yaxın şəxs saxlanıldı - Video
Hazırda oxunan: Fransada etirazlar iğtişaşlara çevrildi: 300-ə yaxın şəxs saxlanıldı - Video
645321
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































