Almaniyanın Hamburq şəhərində hərbi xidmətə çağırışa qarşı keçirilən etiraz polislə toqquşmalarla başa çatıb.
Bizim.Media xəbər verir ki, nümayişin sonunda maskalı iştirakçılar barrikadalar quraraq onları yandırıb, polis əməkdaşlarına isə fişənglər və daşlar atıblar.
Hüquq-mühafizə orqanları etirazçılara qarşı bibər qazı və su şırnaqlarından istifadə edib.
Qeyd edək ki, yürüş Almaniyanın 30-dan çox şəhərini əhatə edən ümummilli “Gen Z regelt” aksiyası çərçivəsində keçirilib. Aksiya iştirakçıları hərbi çağırışa qarşı çıxır, təhsilə ayrılan vəsaitin artırılmasını, yaşayış xərclərinin azaldılması üçün tədbirlər görülməsini və iqlim siyasətinin gücləndirilməsini tələb edirlər.
Bizim.Media

- A-
- A
- A+
Dünya
21:40 / 31.10.2026
Almaniyada vəziyyət gərgindir: Etirazçılar polislərə hücum etdilər - Video
Hazırda oxunan: Almaniyada vəziyyət gərgindir: Etirazçılar polislərə hücum etdilər - Video
Hazırda oxunan: Almaniyada vəziyyət gərgindir: Etirazçılar polislərə hücum etdilər - Video
645314
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































