ABŞ Energetika Nazirliyi “X” sosial şəbəkəsində “Halloween” münasibətilə “TRICK or TRUMP?” (Şirinlik yoxsa Tramp) şüarlı poster paylaşıb.
Bizim.Media xəbər verir ki, paylaşımda ənənəvi “Trick or Treat” (Şirinlik, yoxsa oyun?) ifadəsi üzərində söz oyunu edilib və əvvəlki administrasiyanın enerji siyasəti Donald Trampın kursu ilə müqayisə olunub.
Nazirlik əvvəlki administrasiyanı külək və günəş enerjisinə milyardlarla dollar yönəltməkdə, bununla yanaşı elektrik enerjisinin qiymətlərinin artmasına və enerji şəbəkələrinin etibarlılığının azalmasına səbəb olmaqda ittiham edib.
Qurumun mövqeyinə görə, Donald Tramp isə əlçatan enerji, ənənəvi enerji mənbələri və atom energetikasının inkişafına üstünlük verir.
TRICK or TRUMP? //t.co/ki83bcm14I
— U.S. Department of Energy (@ENERGY) October 31, 2026
Bizim.Media

































































































