Avtomobillər haker hücumlarına qarşı nə dərəcədə müdafiəsizdir?

Hazırda oxunan: Avtomobillər haker hücumlarına qarşı nə dərəcədə müdafiəsizdir?

645317

İsveçli alimlər avtomobil proqram təminatında yüzlərlə təhlükəsizlik boşluğu aşkar ediblər. Bu boşluqlar hakerlərin avtomobil sahiblərinin şəxsi məlumatlarına, bəzi hallarda isə nəqliyyat vasitəsinin kritik funksiyalarına çıxış əldə etməsinə imkan yarada bilər.

Bizim.Media xəbər verir ki, tədqiqatçılar avtomobil proqram təminatında aşkarlanan 413 təhlükəsizlik boşluğunu təhlil ediblər. Onların 36,2 faizi üçüncü tərəf tətbiqləri və onlayn xidmətlərlə bağlıdır.

Mütəxəssislərin fikrincə, lazımi qorunma olmadıqda, kibercinayətkarlar avtomobilin əyləc sistemi də daxil olmaqla, mühüm funksiyalarına müdaxilə edə bilərlər.

Bununla belə, alimlər vurğulayırlar ki, aşkar edilən hər təhlükəsizlik boşluğu avtomobilin məsafədən sındırılmasına və ya idarəetməsinə müdaxiləyə imkan vermir.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin