Cəmil Kamilliyə vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Hazırda oxunan: Cəmil Kamilliyə vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

645331

Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin rəisi Cəmil Kamilliyə vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verilib.

Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, Cəmil Kamilli növbəti rütbəsini vaxtından əvvəl alıb.

Qeyd edək ki, Cəmil Kamilli 1987-ci ildə Masallı rayonunda anadan olub.

2010-cu ildə Azərbaycan Tibb Universitetini ümumi cərrahiyyə ixtisası üzrə bitirib. 2012-2015-ci illərdə Türkiyənin Hacettepe Universitetinin Tibb fakültəsində elmi araşdırmalar aparıb və qastroenterologiya üzrə üst ixtisas dərəcəsi əldə edib.

Əmək fəaliyyətinə 2008-ci ildə Kliniki Tibbi Mərkəzdə başlayan Cəmil Kamilli 2010-2011-ci illərdə Masallı Rayon Mərkəzi Xəstəxanasında həkim kimi çalışıb.

Daha sonra 2016-2024-cü illərdə müxtəlif xəstəxanalarda fəaliyyət göstərib. 2024-cü ilin iyul ayında isə Cəmil Kamilli Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin rəisi təyin edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin